Azər Türk Bankdan daha bir onlayn xidmət

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank müştərilərinin rahatlığı üçün yeni onlayn xidmətlərin və rəqəmsal həllərin tətbiqini davam etdirir.

Belə ki, Bank Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” ilə əməkdaşlığa başlayıb.

İndi Bankın məhsulu olan atb debit kartını onlayn şəkildə, atb360 mobil tətbiqində ilkin qeydiyyat zamanı sifariş verən fiziki şəxslər müvafiq sənədləri SİMA – yeni nəsil rəqəmsal imza həlli vasitəsilə imzalaya biləcəklər.

Qeyd edək ki, atb360 mobil əlavəsini App Store və ya Google Play-dən mobil telefona ödənişsiz yükləmək mümkündür.

05.04.2024