Dövlət bankı Azər Türk Bank cari ilin iyun-sentyabr ayları ərzində həyata keçirdiyi “atb talent” təlim-təcrübə proqramı başa çatmışdır.
Proqram çərçivəsində təcrübəçilərin peşəkar və praktiki biliklərinin inkişaf etdirilməsi məqsədilə ümumilikdə 13 təlim təşkil edilmişdir.
Təcrübəçilər növbəli şəkildə Korporativ Bankçılıq, İnvestisiya Mərkəzi, Premium xidmətlər və Biznes Proseslərinin İdarə Edilməsi istiqamətlərinin hər birində iştirak etmiş, həmçinin təyin olunmuş mentorların dəstəyindən yararlanaraq müxtəlif istiqamətlər üzrə praktiki bilik və təcrübə əldə etmişlər.
Nəticə olaraq iştirakçılar tərəfindən hazırlanmış layihələrin təqdimatı olmuşdur.
Proqramı uğurla başa vuran təlim məzunlarına sertifikatlar verilib. Öz bilik və bacarıqları ilə fərqlənənlərə Bank tərəfindən iş təklifi edilmişdir.
