Azər Türk Bankın Visa kart müştəriləri endirimlə iPhone əldə edə biləcəklər

siyahıya qayıt

Azər Türk Bank VISA International şirkətinin elan etdiyi yeni endirim kampaniyasına qoşulub.
Belə ki, Novruz bayramı ilə əlaqədar tətil günlərində atb Visa kart sahibləri Apple məhsullarının rəsmi satış nöqtələrində (Irshad, Soliton, Kontakt, iSpace, Bytelecom) bütün iPhone modellərini 10% endirimlə əldə edə biləcəklər.
Kampaniya 20-26 mart 2024-cü il tarixləri arası qüvvədədir.

19.03.2024