Azər Türk Bankın premium Visa kart sahibləri Fast Track International xidməti vasitəsilə hava limanlarında rəsmi prosedurlardan üstünlük əsasında keçmək imkanına malikdirlər.  Qeyd edək ki, bu xidmət dünyanın bir çox hava limanlarında keçərlidir. Bu günlərdə Fast Track xidməti bir sıra yeni aeroportlarda da istifadəyə verilib:

  • Kataniya (CTA)
  • Neapol (NAP)
  • Berlin (BER)
  • Frankfurt (FRA)
  • Tbilisi (TBS)
  • Skopye (SKP)

Növbədə daha bir neçə aeroport da var. Tezliklə bu hava limanları da siyahıya əlavə olunacaq:

  • Düsseldorf (DUS)
  • Verona (VRN)
  • Venesiya (VCE)

Xidmətdən yararlanmaq üçün atb Visa Infinite kart sahiblərinin Visa Concierge çat-botunda qeydiyyatdan keçməsi kifayətdir. Nəzərinizə çatdırırıq ki, təklif 30 sentyabr 2024-cü il tarixinədək qüvvədədir.

02.07.2024