Azər Türk Bank “Yaşın qədər endirim” kampaniyasına qoşuldu

siyahıya qayıt

Kampaniya müddətində Azər Türk Bankın Visa kart sahibi olan müştəriləri Bakı şəhəri, Əhməd Rəcəbli, 3 ünvanında yerləşən “Sağlam Ailə” tibb mərkəzində endirimlərdən yararlana biləcəklər.

Məsələn, 26 yaşlı pasiyent üçün standart qiymətdən endirim 26%, 43 yaşlı üçün, müvafiq olaraq, 43% təşkil edəcək.

Visa kartı ilə telefon və ya ağıllı saat vasitəsilə ödəniş edənlər əlavə 10% endirim də əldə edəcək. Kampaniya 20-26 noyabr 2023-cü il tarixləri arası qüvvədədir.

20.11.2023