Azər Türk Bankın premium Visa kart sahibləri üçün daha bir üstünlük

siyahıya qayıt

Bildiyiniz kimi Visa-nın ən sevilən səyahət üstünlüklərindən olan Fast Line Baku atb Visa Infinite kart sahibləri üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda üstünlük əsasında qeydiyyat və yoxlama prosedurları, “Baku Club Lounge”da gözləmə, portye və s. xidmətləri əhatə edir.

1 iyun 2024 tarixindən etibarən bu üstünlüklərə yenisi əlavə olunub. İndi  Azər Türk Bankın premium Visa kart sahibi olan müştərisi ilə birgə eyni reysdə uçan 12 yaşdan kiçik bir sərnişin də Fast Line Baku çərçivəsində xidmətlərdən pulsuz istifadə edə biləcək.

Təklif 30 oktyabr 2024-cü il tarixinədək keçərlidir.

11.06.2024