Müştərilərin diqqətinə çatdırırıq ki, atb360 mobil tətbiqində “Kommunal ödənişlər” bölməsində ünvanların əlavə edilməsi və ödənişlərin ünvanlar üzrə qruplaşdırılması funksionallığı istifadəyə verilmişdir.
Belə ki, müştəri tətbiqdə yeni ünvan əlavə edib, həmin ünvana aid bütün kommunal ödənişləri əlavə edə bilər. Hər dəfə yadda saxlanılan ünvanlara daxil olmaqla ödənişləri həyata keçirir. Həmçinin, bir ünvan daxilində yer alan bir neçə ödəniş üzrə eyni zamanda əməliyyatın aparılması imkanı da müştəriyə təqdim olunur.
Ünvanlar üzrə ödənişlərin yadda saxlanılması, həmçinin daha sonra ödənişin siyahıdan silinməsi və ya redaktə olunması mümkündür.
Qeyd edək ki, atb360 mobil tətbiq vasitəsilə ölkədaxili kommunal ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 1% cashback (aylıq limit 20 AZN) hesablanacaqdır.