atb360 mobil tətbiqində yeniliklər

siyahıya qayıt

atb360 mobil tətbiqinin yeni versiyası Azər Türk Bank müştərilərinin istifadəsinə verilmişdir.

Tətbiqdə yaradılan xüsusi bölməyə daxil olmaqla müştərilər öz istehlak kreditləri barədə bütün  məlumatları əldə edə biləcəklər.

Bundan başqa tətbiq vasitəsilə hesab üzrə dövriyyənin izlənilməsi üçün müddət aralığını seçərək, hesabdan çıxarışın əldə edilməsi və e-mail ünvana göndərilməsi mümkündür. Qeyd edək ki, atb360 tətbiqini App Store və ya Google Play-dən mobil telefona yükləmək mümkündür.

24.01.2024