Bank kartlarını dələduzlardan necə qorumalı
Hörmətli müştərilərimiz, bank kartınızın təhlükəsizliyi üçün aşağıdakı tövsiyələrimizi diqqətinizə çatdırırıq. Maliyyə vəsaitlərinizi qorumaq üçün məlumatlarınızı gizli saxlayın. Kart məlumatlarınızı heç kimlə paylaşmayın. Bank işçisi adından edilən şübhəli zənglərə inanmayın. Bilin ki, Bankımızın əməkdaşı sizdən heç vaxt kart nömrəsi, PIN kod, CVV və ya OTP kodu istəmir. Kartın şəklini heç kimə göndərməyin. Sizə göndərilmiş tanımadığınız linklərə […]
13.10.2025
Beynəlxalq Ahıllar Günü
BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Ahıllara qayğı və ehtiram ölkəmizdə aparılan sosial siyasətin mühüm istiqamətlərindən biridir. Fədakar əməlləri və ləyaqətli ömür yolu ilə cəmiyyətimizə nümunə olan ahıllarımızın ən böyük sərvəti onların […]
01.10.2025
Azər Türk Bank müştərilər üçün sərfəli kredit kampaniyasını davam etdirir
Dövlət bankı Azər Türk Bank tərəfindən bir il müddətinədək verilən istehlak kreditlərinin illik faiz dərəcəsi 10,5% səviyyəsindədir. Bu kreditlər üzrə xidmət haqqı 0%-dir. 2 il müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi 15%-dir. 36 ayadək olan kreditlər illik 16%-lə, 48 aylıq kreditlər illik 17%-lə rəsmiləşdirilir. Ortaaylıq rəsmi gəlirindən asılı olaraq, hər bir şəxsin zaminlə və ya […]
01.10.2025
Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasının müddətini uzatdı
Dövlət bankı Azər Türk Banka məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan faiz dərəcəsi ilə bağlı, müştərilər üçün sərfəli kampaniyanı davam etdirir. Kampaniya müddətində Bankın müştəriləri kart hesablarındakı qalığa görə illik 8% gəlir əldə edəcəklər. Bankın atb card debit və atb yeni nəsil əməkhaqqı […]
30.09.2025
atb ilk dayanıqlı inkişaf hesabatını təqdim etdi
Dövlət bankı Azər Türk Bank dayanıqlılığı öz əsas strateji dəyərlərindən biri kimi qəbul edərək ətraf mühitə, sosial məsuliyyətə və korporativ idarəetmə (ESG) prinsiplərinə sadiqliyini daim nümayiş etdirir. Bununla əlaqədar geniş hesabat hazırlanmışdır. 2022–2024-cü illəri əhatə edən bu hesabatda sosial məsuliyyət, ekoloji dayanıqlıq və idarəetmə sahələrində gördüyümüz işləri və əldə etdiyimiz nəticələri sizinlə bölüşürük. Hesabat, Qlobal […]
22.09.2025
Şənbə günü bu filiallarımız işləməyəcək
Müştərilərimizin diqqətinə çatdırırıq ki, Azər Türk Bankın “Rəqəmsal 2”, “Rəqəmsal 3” və “Rəqəmsal 4” filialları 20 sentyabr 2025-ci il tarixində işləməyəcəkdir.
19.09.2025
atb360 mobil tətbiqində yeni funksionallıq
Müştərilərin diqqətinə çatdırırıq ki, atb360 mobil tətbiqində “Kommunal ödənişlər” bölməsində ünvanların əlavə edilməsi və ödənişlərin ünvanlar üzrə qruplaşdırılması funksionallığı istifadəyə verilmişdir. Belə ki, müştəri tətbiqdə yeni ünvan əlavə edib, həmin ünvana aid bütün kommunal ödənişləri əlavə edə bilər. Hər dəfə yadda saxlanılan ünvanlara daxil olmaqla ödənişləri həyata keçirir. Həmçinin, bir ünvan daxilində yer alan bir […]
11.09.2025
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
10 sentyabr 2025-ci il tarixində dövlət bankı Azər Turk Bank ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında 8,5 milyon manat məbləğində Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi üçün kredit sazişi imzalanmışdır. Azər Turk Bank bu saziş çərçivəsində əldə olunmuş vəsaitləri istehsal, xidmət, kənd təsərrüfatı və digər sektorlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinə təkrar […]
10.09.2025
Azər Türk Bank müştərilərin istəyini nəzərə alıb kredit kampaniyasının vaxtını uzatdı
Dövlət bankı Azər Türk Bank kampaniya ərzində fiziki şəxslərə illik 11% dərəcəsi ilə, 12 ay müddətinədək istehlak kreditləri təklif edir. Kredit üzrə xidmət haqqı 0%-dir. İki ilədək olan kreditlər, illik faiz dərəcəsi 15% və 1% komissiya ilə verilir 36 ayadək olan kreditlər illik 16%-lə, 48 aylıq kreditlər illik 17%-lə rəsmiləşdirilir. Ortaaylıq rəsmi gəlirindən asılı olaraq, […]
17.06.2025
Azər Türk Bank “səsiniz bankdan gəlsin” təcrübə proqramını elan edir
Proqram iştirakçıları Bankımızın Müştəri Əlaqələrinin İdarə Edilməsi Mərkəzində fəaliyyət göstərməklə və müştərilərlə birbaşa ünsiyyətdə olmaqla təcrübə qazanmaq imkanı əldə edəcəklər. Təşəbbüskar, məsuliyyətli, güclü ünsiyyət bacarığı və öyrənmək həvəsində olan şəxslər “səsiniz bankdan gəlsin” proqramında iştirak üçün Bankımıza müraciət edə bilərlər. Təcrübə proqramının müddəti 1-3 aydır. Qeydiyyət
17.10.2024