Dövlət bankı Azər Türk Bank müştərilərin istəyini nəzərə alaraq 01 fevral tarixindən istehlak kreditləri üzrə kampaniyanın müddətini uzatdı.

Kampaniya ərzində fiziki şəxslərin istənilən müddətə götürdükləri istehlak kreditləri üzrə komissiya 0% olacaqdır. Kreditlərin illik faiz dərəcəsi 12,5%-dən başlayır.

Xatırladırıq ki, 24, 36, 48 ayadək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq 13%, 14%, 15% səviyyəsində müəyyən edilmişdir.

Bank hər bir şəxsə, orta aylıq xalis gəliri nəzərə alınmaqla, 30 000 manatadək kredit təklif edir. Təminatsız verilən kreditin maksimum məbləği 15 000 manatdır.

Azər Türk Bankın saytında krediti online sifariş vermək olar.

Kampaniya  28 fevral daxil olmaqla bu tarixədək qüvvədədir.

26.07.2023