Azər Türk Bank mükafatlara layiq görüldü

siyahıya qayıt

Azərbaycan Banklar Assosiasiyası 2022-ci il ərzində ölkə bankları tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək ən fəal maliyyə-kredit təşkilatlarını mükafatlarla təltif edib.

Dövlət bankı Azər Türk Bank ötən il ərzində bir sıra layihələrin təşkilatçısı və tərəfdaşı kimi fəaliyyətinə görə “Korporativ sosial məsuliyyət”“Ən fəal təhsil dəstəkçisi” nominasiyaları üzrə mükafatlara layiq görülmüşdür.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.

26.07.2023