Azər Türk Bank növbəti “SIBOS 2023” beynəlxalq konfransda iştirak edir

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank bu il Toronto şəhərində keçirilən “SIBOS 2023” Maliyyə Sənayesi sərgi-konfransında ənənəvi olaraq iştirak edir.

Konfransın gündəliyi 500-dən artıq ekspert məruzəçi tərəfindən müzakirə edilən “Hissələrə ayrılmış dünyada birgə maliyyə” mövzusuna həsr olunub.

Konfransda Azər Türk Bankın nümayəndələri müxtəlif işgüzar görüşlər keçirir və Azərbaycan bank sektorunda baş verən yeniliklər, islahatlar barəsində məlumatlar verirlər.

1978-ci ildə bank əməliyyatları seminarı kimi başlayan tədbir qlobal maliyyə ictimaiyyəti üçün qiymətli kağızlar, pul vəsaitlərinin idarə edilməsi və ticarət sahələrində müzakirələr və qarşılıqlı əməkdaşlıqların yaranması üçün əsas biznes foruma çevrildi.

Qeyd edək ki, Avropanın və Amerikanın aparıcı bankları ilə Azər Türk Bankın müxbir əlaqələri var.

28.09.2023