Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunun işində (“IBF 2023”) rəsmi tərəfdaş olaraq iştirak etmişdir.
Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” devizi altında həyata keçirilən tədbirdə maliyyə sektorundakı innovasiyalarla bağlı sərgi də nümayiş etdirilmişdir. Sərgidə Azər Türk Bank tərəfindən təşkil edilmiş stend iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Burada Bankın rəqəmsal xidmət və məhsulları sərgilənmiş, eləcə də atb kart sahibi olmaq istəyənlərin müraciətləri rəsmiləşdirilərək yerindəcə həll edilmişdir