Azər Türk Bankdan güzəştli ipoteka kreditləri

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsinə əsasən mənzil əldə etmək üçün müraciət edən şəxslərə güzəştli ipoteka kreditləri təqdim edir.

Kreditlər illik 4%-lə 30 il müddətinədək rəsmiləşdirilir. İlkin ödəniş 10% həcmində müəyyən edilmişdir.

Qeyd edək ki, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün Banka müraciət edə bilərlər.

Növbəsiz, sürətli şəkildə kredit götürmək üçün Azər Türk Bankın Bakı şəhərindəki «Rəqəmsal 6» filialına (İ. Qutqaşınlı küç. 89) və Gəncə şəhərində fəaliyyət göstərən  filialına (M. A. Abbaszadə küç. 35) yaxınlaşmaq olar.

Güzəştli ipoteka kreditləri Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun hesabına verilir.

01.08.2023