Azər Türk Bankdan sahibkarlar üçün güzəştli kredit kampaniyası

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank kiçik və orta biznes subyektlərinə müxtəlif layihələrin maliyyələşdirilməsi üçün əlverişli şərtlərlə kredit təkliflərini davam etdirir.

Belə ki, Bank 31 dekabr 2023-cü il tarixinədək olan müddət ərzində kiçik və orta biznes subyektlərinə verilən kreditlər üzrə yeni kampaniyaya başlayıb.

Kampaniya zamanı müddətindən asılı olmayaraq, götürülən bütün kreditlər üzrə komissiya 0% müəyyənləşdirilmişdir.

Qeyd edək ki, 1 aydan 48 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 12%-dən başlayır. Kreditin məbləği 5 000 manatdan 300 000 manatadəkdir.

KOB kreditləri əldə etmək istəyən sahibkarlar Bankın Bakıdakı “Rəqəmsal 6” filialında fəaliyyət göstərən “Kiçik və Orta Biznes Kreditləri Mərkəzi”nə, eləcə də Azər Türk Bankın Naxçıvan, Gəncə, Şirvan şəhərlərində yerləşən filiallarına müraciət edə bilərlər.

Azər Türk Bankın internet səhifəsində krediti online sifariş vermək mümkündür.

20.10.2023