Azər Türk Bankdan sahibkarlara güzəşt müddətli kredit xətti

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bankın davam etdirdiyi “Sahibkar” kredit kartı layihəsi biznes nümayəndələrinin Bank tərəfindən təqdim olunan məhsul və xidmətlərdən faydalanmasını, eləcə də maliyyəşməyə çıxışını daha da asanlaşdırmışdır.

Bank “Sahibkar” kredit kartı vasitəsilə, sahibkarlara güzəşt müddətli və imtiyazlı illik faiz dərəcəsi olan kredit xətti təklif edir.

Belə ki, 40 günədək güzəşt müddəti olan bu kredit xətti, sahibkarın aylıq gəlirinin 80%-i həcmində, maksimal məbləğ 5 000 manat olmaqla, heç bir zamin və təminat tələb edilmədən rəsmiləşdirilir.

Azər Türk Bankın “Sahibkar” kredit kartını əldə etmək üçün Bankın internet səhifəsinə daxil olaraq onlayn sifariş vermək olar.

26.07.2023