Dövlət bankı Azər Türk Bankla əməkdaşlığa başlayan hüquqi şəxs və fərdi sahibkarlar ilk addımdan əhəmiyyətli üstünlüklər əldə etmiş olurlar.
Belə ki, Azər Türk Bankın müştərisi olmaq üçün Banka onlayn qaydada müraciət edən biznes nümayəndələri heç bir ödəniş etmədən, fərqli valyutalarda müxtəlif növ hesablar açmaq imkanına malikdirlər. Biznes fəaliyyəti ilə bağlı, rəhbər şəxslər və əməkdaşlar tərəfindən ezamiyyə, nümayəndəlik və digər təsərrüfat xərclərinin ödənişi üçün istifadə olunan biznes kartları Bank tərəfindən bu müştəriyə hədiyyə edilir.
Biznes kartlarından istifadə şirkət əməkdaşlarına şirkətin fəaliyyəti ilə bağlı xərcləri öz xərclərindən ayırmaq üçün imkan yaradır. Rəhbərlik xərcləri daha asan şəkildə izləyə bilir. Eləcə də ölkədən kənara ezamiyyətlər zamanı gömrük məntəqəsində kartda olan vəsaitin bəyannamədə göstərilməsinə ehtiyac qalmır. Xarici ölkələrdə pul vəsaitinin saxlanılması, onun qorunması, digər valyutalara çevrilməsi problemi olmur.
Bundan əlavə müştəri atb360 mobil əlavəsinə, “ATB Business” korporativ internet-bankçılıq sisteminə ödənişsiz qoşula bilir və güzəştli tariflərdən yararlanmaq imkanı əldə etmiş olur.