Azər Türk Bank biznes subyektlərinə sürətli və girovsuz bank qarantiyaları təklif edir

siyahıya qayıt

Müştərilərin rahatlığını hər zaman ön planda tutan dövlət bankı Azər Türk Bank, sahibkarlar və korporativ müştərilər üçün bank qarantiyalarının verilməsi prosesini maksimum dərəcədə sadələşdirib. Bank biznes tərəfdaşlarına ölkədaxili Tender, İcra, Avans və Keyfiyyət qarantiyalarını daha qısa müddətdə, çevik və sərfəli şərtlərlə təklif edir.

İndi biznes sahibləri maliyyə və zaman itkisi olmadan, sadələşdirilmiş qiymətləndirmə sistemi sayəsində qarantiyanı cəmi bir iş günü ərzində əldə edə bilərlər.

Təklifin əsas üstünlükləri və şərtləri:

Yüksək məbləğ əldə etmək imkanı: Bir müştəri üzrə 2 500 000 AZN-dək limit müəyyən edilib.

Girovsuz: Qarantiyalar heç bir daşınmaz əmlak və ya nağd vəsait təminati tələb olunmadan rəsmiləşdirilir.

Sürətli qərar: Müraciətlərə operativ baxılır və qərarvermə prosesi tam sənəd paketi təqdim edildikdən sonra cəmi bir iş günü çəkir.

Rahat sənədləşmə: Biznes subyektlərindən minimum sənəd paketi tələb olunur.

Qarantiyanın yekun məbləği və təqdim olunma şərtləri müştərinin maliyyə göstəricilərindən və seçilən məhsulun tələblərindən asılı olaraq tənzimlənir.

12.10.2026