Hörmətli müştərilər, bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə cari ilin 30 dekabr tarixindən başlayaraq 2025-ci ilin 06 yanvar tarixinədək ölkə ərazisində qeyri-iş günləri elan edildiyindən, həmin müddət ərzində Bankımız işləməyəcəkdir. 2025-ci ilin 06 yanvarından fəaliyyətimizi davam etdirəcəyik.
Eləcə də cari ilin 28 və 29 dekabr tarixlərində bəzi Bank filiallarımızın iş saatlarında edilmiş dəyişiklikləri diqqətinizə təqdim edirik:
- Bakı şəhərində fəaliyyət göstərən filiallarımız 28 dekabrda adi qaydada, Bankın Müştəri Xidmətləri Mərkəzi 16:30-dək, 29 dekabr tarixində isə saat 10:00-dan 16:00-dək işləyəcəklər;
- Gəncə filialı – 28 dekabr (iş saatı 13:00-dək), 29 dekabr (işləmir);
- Şirvan filialı – 28 dekabr (iş saatı 13:00-dək), 29 dekabr (iş saatı 10:00-dan 16:00-dək);
- Sumqayıt KOB ofisi və rəqəmsal filialı – 28 dekabr (iş saatı 16:30-dək), 29 dekabr (iş saatı 10:00-dan 16:00-dək);
- Naxçıvan filialı – 29 dekabr (iş saatı 10:00-dan 16:00-dək).
Bayramlarınızı təbrik edir, ailənizə firavanlıq arzulayırıq!