Daxili audit yoxlamalarının nəticələrini, təklif və tövsiyyələrini Müşahidə Şurası və İdarə Heyəti ilə birgə müzakirə etmək;
Kənar auditorla birgə işin təşkili ilə əlaqədar bankın fəaliyyətinə dair bütün əhəmiyyətli məlumatların, bank sənədlərinin kənar auditora vaxtında və tam təqdim edilməsini təmin etmək;
Bankın inzibati, əməliyyat, uçot siyasəti və prosedurları üçün müvafiq daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə təkliflər vermək;
Daxili Audit departamentinin rəhbərinin vəzifəyə təyin olunması, işdən azad olunması və ya dəyişdirilməsi barədə Müşahidə Şurasına təkliflər vermək;
Səmdarların Ümumi Yığıncağı müəyyən etdiyi müddətdə yığıncağa aşağıdakı məlumat və hesabatları təqdim etmək:
Alınacaq İT avadanlıqlarının texniki parametrlərini təyin etmək;
Avadanlıq, proqram təminatı, kadrlar və digər maddələr üzrə nəzərdə tutulan büdcə haqqında hesabatı tərtib etmək;
Mərkəzi Bankın İnformasiya Texnologiyaları standartlarına əsasən:
İT layihələrinin yaradılmasında müşahidəçi və məsləhətçi kimi fəaliyyət göstərmək;
İT-nin istifadəsi və həyata keçirilməsi üçün İT Planlarının hazırlanması, əhəmiyyətlilik kəsb edən cəhətlərin Bankın ümumi strategiyasına əsasən müəyyənləşdirmək;
İT sahəsinə aid olan kapital xərclərinə dair İdarə Heyəti və Müşahidə Şurasına tövsiyyələr vermək;
Proqram təminatı və avadanlıqların əldə olunmasının əsaslandırılması, proqram təminatı və avadanlıqların satınalınması üzrə təkliflər vermək;
Təhlükəsizlik məsələlərinə nəzarət, inzibati texnoloji məsələlərə nəzarət;
İT ilə əlaqədar fövqəladə hallardan çıxış yollarını planlaşdırmaq.
Kreditlərin cəmləşmələrinə nəzarət etmək;
Kreditlərin və kredit öhdəliklərinin müddətlərini və faiz dərəcələrini müəyyən etmək;
Vaxtaşırı kredit portfelinin monitorinqini həyata keçirmək;
Girovların müntəzəm olaraq yenidən qiymətləndirilməsini təmin etmək;
Kreditlər üzrə mümkün zərərlər üçün yaradılmış ehtiyatların yetərliyini (adekvatlığı) yoxlamaq və təhlil etmək;
Ayda bir dəfədən az olmamaq şərti ilə kreditlərin verilməsinə dair müraciətləri nəzərdən keçirmək;
Vaxtı keçmiş kredit faizlərinin dayandırılması və silinməsi barədə rəy və təkliflər vermək, aktivlərin təsnifləşdiriməsinə nəzarət etmək.
Aktiv və passivlərin idarə edilməsini müxtəlif sahələr üzrə təşkil etmək və təhlil edərək qiymətləndirmək;
Bankda daxili qiymətləndirmə mexanizmlərinin tətbiqinə və təkmilləşdirilməsinə dair təkliflər vermək;
Bankın likvidliyinin idarə edilməsində qəbul olunmuş qaydalara riayət etmək və bu sahədə özünəməxsus vəzifələri həyata keçirmək;
Maliyyə vəsaitlərinin idarə edilməsi istiqamətlərini və hədəflərini müəyyən etmək;
Aktiv və passivlərin idarə edilməsi ilə əlaqədar istiqamət və hədəflərlə bağlı qanunvericiliyə riayət edilməsini təmin etmək;
Əsas vəsaitlərin bazar qiymətinə uyğun olaraq yenidən qiymətləndirilməsinə və onların cari ildə maliyyə komponenti kimi saxlanılmasına dair təkliflər vermək.
Bankın risklərin idarə edilməsi qaydaları, risk siyasətini hazırlamaq;
Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətlərin seçilməsi və onların həyata keçirilməsi tezliyini müəyyən etmək;
Bankın fəaliyyətinin Müşahidə Şurası tərəfindən təsdiqlənən risk limitləri çərçivəsində həyata keçirilməsinə nəzarət etmək;
Mütəmadi olaraq aşağıdakı məsələləri nəzərdən keçirmək:
Bank üzrə ümumi fəaliyyət strategiyasını;
Bankın risk dözümlülüyünü və müxtəlif risk limitlərini;
Kreditləşmə limitlərini;
Əməliyyat risklərini;
Risk siyasətini;
Stress testləri.
15.000 AZN/USD/EUR/GBP
ilkin madaxillə