Azər Türk Bankın atb card debit, atb Junior, atb premium və yeni nəsil əməkhaqqı kartları ilə Novruz və Ramazan bayramları günlərində 2025-ci il 20-31 mart tarixləri arası biletim.az saytı və mobil tədbiqində edilən alışlara 3% həcmində cashback, digər dövrlər üzrə isə 1% cashback hesablanacaqdır.
Həmçinin xatırladırıq ki, Azər Türk Banka aid kartlardakı qalıqlar üzrə yeni faiz kampaniyası davam edir. Belə ki, müştərilərimiz cari ilin 31 may tarixinədək olan müddət ərzində Banka məxsus atb debit kart, yeni nəsil atb əməkhaqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə görə illik 8% həcmində gəlir əldə edəcəklər.
Qeyd edək ki, faiz gündəlik hesablanaraq hər ay müştərinin hesabına əlavə olunur.