Bank kartlarını dələduzlardan necə qorumalı

siyahıya qayıt

Hörmətli müştərilərimiz, bank kartınızın təhlükəsizliyi üçün aşağıdakı tövsiyələrimizi diqqətinizə çatdırırıq.

Maliyyə vəsaitlərinizi qorumaq üçün məlumatlarınızı gizli saxlayın. Kart məlumatlarınızı heç kimlə paylaşmayın.

Bank işçisi adından edilən şübhəli zənglərə inanmayın. Bilin ki, Bankımızın əməkdaşı sizdən heç vaxt kart nömrəsi, PIN kod, CVV və ya OTP kodu istəmir.

Kartın şəklini heç kimə göndərməyin. Sizə göndərilmiş tanımadığınız linklərə daxil olmayın.

Bankımızın məhsul və xidmətləri barədə məlumatı yalnız https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən yaxud WhatsApp (055) 7770 945 vasitəsilə əldə etməyə çalışın.

Telefonla, mesajla və ya sosial şəbəkə vasitəsilə gələn şübhəli müraciətlərə cavab verməyin. Mesajla gələn birdəfəlik kodu paylaşmayın.

Əgər şübhələndiyiniz hal olarsa, dərhal 945 nömrəli Çağrı Mərkəzinə zəng edib, Bankımızla əlaqə saxlayın.

13.10.2025