xəbərlər

atb Visa kart sahiblərinə “Ali & Nino”-dan  hədiyyə

Ali & Nino kitab evi Visa Infinite premium kartı sahiblərinə ildə bir dəfə bir kitab hədiyyə edəcəyinə dair qərar verib. Hədiyyəni almaq üçün Visa Concierge çat-botuna daxil olub Visa Infinite kartınızı əlavə edin. Kart üzrə xidmətin mövcudluğunu yoxlayın və QR-kod əldə edin. Daha sonra QR kodu ilə Ali&Nino mağazasına gedərək qiyməti 50 manatadək olan bir […]

15.11.2024

Azər Türk Bank BMT-nin Qlobal Sazişinə qoşuldu

Dövlət bankı Azər Türk Bank cari ilin 4 noyabr tarixindən etibarən davamlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüslərdən biri olan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub. Bu təşəbbüsə imza atmaqla Bank ekoloji, sosial məsuliyyət, korporativ idarəetmə   sahəsində beynəlxalq səviyyədə qəbul edilmiş standartlara sadiq qaldığını bir daha təsdiqləyir. BMT Qlobal […]

07.11.2024

Bankın iş rejimi

Hörmətli müştərilər, bildiririk ki,  AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2024-cü il 08-14 noyabr tarixləri arası ölkə ərazisində qeyri-iş günləri elan edildiyindən göstərilən müddət ərzində Bankımız işləməyəcəkdir. 14 noyabr tarixindən fəaliyyətimizi davam etdirəcəyik. Bayramlarınızı təbrik edir, ailənizə firavanlıq arzulayırıq.

07.11.2024

Azər Türk Bank əmanət faizlərini artırdı

Dövlət bankı Azər Türk Bank 01 noyabr 2024-cü il tarixindən etibarən manat əmanətləri üzrə faiz dərəcələrini yüksəltmək barədə qərar verib. Belə ki, Bankın “Klassik” əmanət məhsulunda bundan əvvəl faizlər aylıq ödənildikdə 1 illik əmanətlər üçün 5%, 2 illik üçün 6% və 3 illik üçün 8% təşkil edirdisə, noyabrın 1-dən başlayaraq bu rəqəmlər müvafiq olaraq 1 […]

01.11.2024

Azər Türk Bankın güzəştli kreditlərinə müştərilərin marağı artmaqdadır

Dövlət bankı Azər Türk Bank müştərilərin istək və marağını nəzərə alaraq, illik 11%-dən başlayan istehlak kreditləri üzrə kampaniyanın müddətinin uzadılması barədə qərar verib.  Qeyd edək ki, kampaniya zamanı 24 ayadək olan kreditlər müştərilərə 0% komissiya ilə təklif edilir. 12, 24, 36 və 48 ayadək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 11%,13%,14% və 15% təşkil […]

01.11.2024

Azər Türk Bank “SIBOS 2024” beynəlxalq konfransda iştirak edir

Dövlət bankı Azər Türk Bank bu il oktyabrın 21-dən Pekin şəhərində “SIBOS 2024” sərgi-konfransında ənənəvi olaraq iştirak edir.  1978-ci ildə ilk dəfə Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən bank əməliyyatları seminarı kimi təşkil olunan tədbir qlobal maliyyə ictimaiyyəti üçün qiymətli kağızlar, pul vəsaitlərinin idarə edilməsi və ticarət sahələrində müzakirələr və qarşılıqlı əməkdaşlıqların yaranması üçün […]

22.10.2024

Azər Türk Bank “səsiniz bankdan gəlsin” təcrübə proqramını elan edir

Proqram iştirakçıları Bankımızın Müştəri Əlaqələrinin İdarə Edilməsi Mərkəzində fəaliyyət göstərməklə və müştərilərlə birbaşa ünsiyyətdə olmaqla təcrübə qazanmaq imkanı əldə edəcəklər. Təşəbbüskar, məsuliyyətli, güclü ünsiyyət bacarığı və öyrənmək həvəsində olan şəxslər “səsiniz bankdan gəlsin” proqramında iştirak üçün Bankımıza müraciət edə bilərlər. Təcrübə proqramının müddəti 1-3 aydır. Qeydiyyət

17.10.2024

Azər Türk Bank müştərilər üçün sərfəli kampaniyanı davam etdirir

Dövlət bankı Azər Türk Bank fiziki şəxslər üçün illik faiz dərəcəsi 11%-dən başlayan istehlak kreditləri üzrə kampaniyanın vaxtını uzatdı. Xatırladırıq ki, 24 ayadək olan kreditlər 0% komissiya ilə, illik faiz dərəcəsi 13% həcmində təklif edilir 36 və 48 ayadək müddətə rəsmiləşdirilən kreditlərin faiz dərəcəsi Bank tərəfindən müvafiq olaraq, 14%, 15% səviyyəsində müəyyənləşdirilib. Hər bir fiziki şəxs, özünün rəsmi gəlirinə uyğun olaraq, zaminlə 40 000 […]

01.10.2024

atb Visa kart sahibləri üçün yeni kampaniya

Cari ilin 16 sentyabr tarixində start götürən kampaniya müddətində Zara, Aldo, Oysho, Stradivarius, Pull&Bear, Quiz, Kiko Milano, U.S. POLO ASSN., Zippy, La Vie en Rose, Massimo Dutti, Parfois, Bershka, Charles & Keith, Sunglass Hut mağazalarında atb Visa Infinite premium kartları ilə smartfon və ya ağıllı saat vasitəsilə ödənişlər zamanı 5% endirim əldə etmək mümkün olacaq. […]

19.09.2024

atb debet kartı üzrə əməliyyatlarda limitlər ləğv edildi

Milli valyutada olan atb debet kartları vasitəsilə Azər Türk Banka məxsus ATM və POS-terminallarda aparılan məxaric, eyni zamanda card to card əməliyyatlarında və onlara dair tariflərdə  bir sıra yeniliklər edilmişdir. Belə ki, atb debet kartıvasitəsilə nağdlaşdırma məbləğinə tətbiq edilən 20 000 manatlıq aylıq limit cari ilin 01 oktyabr tarixindən etibarən ləğv edilir. Göstərilən tarixdən başlayaraq […]

16.09.2024