Dələduzlardan ehtiyatlı olun

siyahıya qayıt

Hörmətli müştərilər!

Məlumat üçün bildiririk ki, son zamanlar naməlum şəxslər tərəfindən dələduzluq məqsədilə karqo şirkətləri adından müştərilərə   saxta sms-lər göndərilir və linkə  girərək çatdırılma ünvanının dəqiqləşdirilməsi istənilir. Nəticədə müştərilərin məxfi bank məlumatları  ələ keçirilir və onların vəsaitlərinin oğurlanmasına cəhd olunur.

Belə dələduzların qurbanı olmamaq üçün aşağıdakı tövsiyələrimizi nəzərə almağınızı xahiş edirik:

-Karqo ilə bağlı bildirişlərdəki linklərə keçid etməyin;

-Bank kartınızın məlumatlarını: kartın arxasında olan CVV kod, kartın bitmə tarixi, SMS ilə gələn OTP kod/şifrəni heç kimə bildirməyin.

Bu kimi hallarla rastlaşdıqda dərhal Bankın WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.

26.10.2023