atb ilk dayanıqlı inkişaf hesabatını təqdim etdi

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank dayanıqlılığı öz əsas strateji dəyərlərindən biri kimi qəbul edərək ətraf mühitə, sosial məsuliyyətə və korporativ idarəetmə (ESG) prinsiplərinə sadiqliyini daim nümayiş etdirir. Bununla əlaqədar geniş hesabat hazırlanmışdır. 2022–2024-cü illəri əhatə edən bu hesabatda sosial məsuliyyət, ekoloji dayanıqlıq və idarəetmə sahələrində gördüyümüz işləri və əldə etdiyimiz nəticələri sizinlə bölüşürük.

Hesabat, Qlobal Hesabatlılıq Təşəbbüsü (“GRI”) standartlarına uyğun hazırlanıb və atb-nin ESG (Ekoloji, Sosial və İdarəetmə) üzrə təşəbbüsləri əks etdirir.

ESG sahəsində fəaliyyətimizlə tanış olmaq üçün https://atb.az/esg/ səhifəsinə keçid edin.

22.09.2025