Dövlət bankı Azər Türk Bank ölkədə yeni güzəştli mənzillərin satışı üzrə sənədlərin qəbulunu həyata keçirir.
Belə ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı baş tutmuşdur. Bununla əlaqədar olaraq Bankın Rəqəmsal 6, Gəncə və Şirvan filiallarında sənədlərin qəbulu və rəsmiləşdirilməsi həyata keçiriləcəkdir.