Filiallarımız qeyri-iş günlərində fəaliyyət göstərəcək

siyahıya qayıt

Hörmətli müştərilər,

Diqqətinizə çatdırırıq ki, bayramlarla əlaqədar elan olunmuş qeyri-iş günlərində müştəri müraciətlərinin operativ cavablandırılması, kredit sifarişlərinin emalı və debet kartlarının satış prosesinin həyata keçirilməsi məqsədilə Azər Türk Bankın Naxçıvan, Gəncə, Şirvan filialları, Sumqayıt KOB ofisi və Rəqəmsal filialı, eləcə də Rəqəmsal, Rəqəmsal 6, Rəqəmsal 8, Rəqəmsal 9, Rəqəmsal X filialları 27, 28, 30 mart tarixlərində saat 10.00-dan 14.00-a kimi, Rəqəmsal 4 filialı 27 martda eyni saatlarda tam fəaliyyət göstərəcək.

Filiallarımızın ünvanları ilə linkə keçid edərək tanış ola bilərsiniz: https://atb.az/filial/

Bayramlarınızı təbrik edir, süfrələrinizə bol ruzi, bərəkət arzulayırıq.

19.03.2026