Dövlət bankı Azər Türk Bank bir il müddətinədək olan istehlak kreditlərini 10,5%-lə müştərilərə təklif etməkdədir.
Kreditlər üzrə illik faiz dərəcəsi və xidmət haqqı məbləği kredit götürən şəxsin aylıq gəlirindən asılı olaraq dəyişir. Qeyd edək ki, kreditlər 48 ay müddətinədək, minimal 0%-dən başlayan komissiya ilə verilir.
Müraciət edən şəxsin zaminsiz ala biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır.
Krediti online sifariş vermək mümkündür.
Kampaniya 2026-ci il 31 yanvar daxil olmaqla, həmin tarixədəkdir.