Azər Türk Bank 9,9%-dən başlayan istehlak kreditləri təklif edir

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə istehlak kreditləri üzrə yeni kampaniyaya başlayır.

Kampaniya ərzində bir il müddətinədək olan istehlak kreditləri müştərilərə 9,9%-lə təklif edilir.

Qeyd edək ki, kredit götürən şəxsin aylıq gəlirindən asılı olaraq, kreditlər üzrə illik faiz dərəcəsi və xidmət haqqı məbləği dəyişir. Kreditlər minimal 0%-dən başlayan komissiya ilə 48 ayadək veriləcəkdir.

Hər bir fiziki şəxsin zaminlə və ya zaminsiz ala biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır.

Krediti Azər Türk Bankın saytında online sifariş vermək mümkündür.

Kampaniya 2025-ci il 30 dekabr daxil olmaqla, həmin tarixədəkdir.

17.12.2025