Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başlatdığı kampaniyanın müddətini cari ilin 31 yanvar tarixinədək uzadılması barədə qərar verib.
Kampaniya çərçivəsində fiziki şəxslərə illik faiz dərəcəsi 11,5%-dən başlayan kreditlər təkllif edilir.
Həmçinin 24, 36, 48 ayadək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 13,5%, 14%, 15% səviyyəsindədir.
24 ayadək götürülən kreditlər üzrə komissiya – 0%.
Qeyd edək ki, orta aylıq xalis gəlirindən asılı olaraq, hər bir şəxs 30 000 manatadək zaminsiz kredit ala bilər.
Azər Türk Bankın internet səhifəsində krediti online sifariş vermək olar.