Azər Türk Bank kredit kartı sahibi olan müştərilərinin nəzərinə çatdırır ki, cari ilin 8 yanvar tarixindən etibarən ödənişlər zamanı hesablanacaq cashback faizləri artırılmışdır.
Belə ki, Bankın təqdim etdiyi atb kredit kartı ilə ödəmələr zamanı müştərilərə:
- kulinariya və restoranlarda- 2%
- elektronika mağazalarında – 2%
- təhsil haqqı ödənişlərinə görə – 3%
- geyim, aksesuar maqazalarında – 1,5%
- YDM-lərdə – 1%
- səhiyyə müəssisələrində – 1%
- online ödənişlərdə –1%
- marketlərdə – 0,5%
- dövlət, nəqliyyat və sığorta şirkətləri istisna olmaqla digər ödənişlərdə –1%
həcmində cashback hesablanacaqdır.
Həmçinin kredit kartlarında hesab qalığına faiz hesablanması üçün nəzərdə tutulan maksimum məbləğ 35 000 manata qədər yüksəldilmişdir.
Yuxarıda göstərilən tarixdən başlayaraq kredit kartları üzrə kartdan karta köçürmə əməliyyatlarının sayı limitsiz olacaqdır.