POS terminallar vasitəsilə aparılan əməliyyatlarda PİN kod daxil etmədən 1 saat ərzində 50 AZN-dən yuxarı ( 100 AZN-dək ) maksimum 4 əməliyyat icra edilə bilər
kartın maqnit zolağından istifadə etməklə 24 saat ərzində ümumilikdə 250 ABŞ dolları məbləğindən artıq əməliyyat aparılmır
“3D secure” xidmətini dəstəkləməyən internet saytlarında 24 saat ərzində aparılacaq əməliyyatların sayı 7-dən ( uğursuz əməliyyatlar da say limitinə daxil edilir ), hər əməliyyat üzrə məbləğ isə 1000 AZN və onun valyuta ekvivalentindən artıq ola bilməz
2 və daha çox ölkədə 2 saat ərzində yalnız 1 əməliyyat həyata keçirilir
Yaponiya, Braziliya, Filippin və Malayziyada kart fiziki olaraq iştirak etmədən gündəlik əməliyyat sayı 2-dən, cəmi məbləğ isə 100 AZN və ya onun valyuta ekvivalentindən çox ola bilməz
qeyd: kart sahibinin müraciətinə əsasən məhdudiyyətlər üzrə meyarlara dəyişiklik edilə bilər