Azər Türk Bank ASC-nin Dividend siyasəti
Bankın dividend siyasəti onun prinsiplərini, dividendin məbləğinin hesablanması metodunu, dividendlərin ödənilməsi (elan edilməsi) qərarının qəbul olunma və onların verilməsi barədə qaydalarını müəyyən edir.
Dividend siyasəti aşağıdakı prinsiplərə əsaslanır: ədalətlilik – dividendlərin məbləği, onun verilmə qaydaları haqda məlumatın əldə edilməsi üçün bütün səhmdarların bərabər hüquqla təmin edilməsi;
şəffaflıq – dividend siyasətinin həyata keçirilməsində, habelə dividendlərin məbləği və ödənilməsi qərarının qəbul edilməsində iştirak edən tərəflərin məsuliyyəti və öhdəlikləri haqqında informasiyanın aydınlaşdırılması və müəyyən edilməsi;
əsaslandırma – Bankın strateji inkişaf və investisiya proqramının nəzərə alınması şərti ilə, dividendlərin məbləği və ödənilməsi haqqında qərarın yalnız müsbət maliyyə nəticələri əldə edəcəyi halda qəbulunu müəyyən edir;
vaxtlı vaxtında – dividendlərin ödənişi müəyyən edilmiş müddət çərçivəsində;
Dividend ödənişləri etmək qərarının verilməsi qaydaları
Dividend ödənişləri, onun məbləği və ödəniş metodu barədə qərar Səhmdarların Ümumi Yığıncağında qəbul olunur.
Dividendlərin ödənilməsi haqda qərarın qəbul edilməsi və dividendlərin verilməsində Bank Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsaslanır.
Banka verilmiş reytinqlər
Hazırda beynəlxalq reytinq şirkətləri tərəfindən Banka reytinq verilməmişdir.
Bankın buraxdığı digər investisiya qiymətli kağızları mövcud deyil
Bankın törəmə təsərrüfat cəmiyyətləri mövcud deyil
Hazırda Bankın xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədilə istifadə edilən hecinq alətləri mövcud deyil
İcimai layihələr – mövcud deyil
İdarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlərin ümumi məbləği – ödəniş olunmayıb
15.000 AZN/USD/EUR/GBP
ilkin madaxillə