“Azər-Türk Bank” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib
“Azər-Türk Bank” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarı ilə Nəbiyeva Günel Nizami qızı Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. Günel Nəbiyeva 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində rəhbər vəzifələrdə çalışıb. Bank sektorunda 15 ildən artıq təcrübəyə malikdir. 2022–2025-ci illərdə “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının üzvü olub, 2025-ci ilin dekabrından Bankın İdarə Heyətinin üzvü və sədr […]
21.01.2026
Bu tarixdə Bankımız işləməyəcəkdir
20 Yanvar – Ümumxalq Hüzn Günü qeyri-iş günü olduğu üçün bu tarixdə Bankımız işləməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik.
19.01.2026
Azər Türk Bank ötən ili uğurla başa vurmuşdur
Azər Türk Bankın 01 yanvar 2026-ci il tarixinə aktivləri 2,2 milyard manat səviyyəsində olmuş, kredit portfelinin həcmi isə 787,4 milyon manat təşkil etmişdir. Qeyd edək ki, kiçik və orta biznes (KOB) subyektlərinə verilən kreditlərin həcmi ötən dövrlə müqayisədə 32,5%, istehlak kreditləri 11% artmışdır. 2025-ci ildə Bankın gəlirləri 13% artaraq, 165 milyon manat, xərcləri 155 milyon manat, əməliyyat […]
15.01.2026
Azər Türk Bank müştərilərin istəyini nəzərə alıb kredit kampaniyasının vaxtını uzatdı
Dövlət bankı Azər Türk Bank bir il müddətinədək olan istehlak kreditlərini 10,5%-lə müştərilərə təklif etməkdədir. Kreditlər üzrə illik faiz dərəcəsi və xidmət haqqı məbləği kredit götürən şəxsin aylıq gəlirindən asılı olaraq dəyişir. Qeyd edək ki, kreditlər 48 ay müddətinədək, minimal 0%-dən başlayan komissiya ilə verilir. Müraciət edən şəxsin zaminsiz ala biləcəyi kreditin maksimal məbləği 40 […]
05.01.2026
m10-dan karta mədaxil zamanı xidmət haqqı
Hörmətli müştərilər, Diqqətinizə çatdırırıq ki, 2026-cı il 5 fevral tarixindən etibarən m10 pul kisəsindən atb ödəniş kartlarına köçürmələrə 1% həcmində xidmət haqqı tətbiq ediləcəkdir.
05.01.2026
Bayram günlərində Bankın iş rejimi
Hörmətli müştərilər! Bildiririk ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə cari ilin 31 dekabr tarixindən 2026-cı il 4 yanvar daxil olmaqla, həmin tarixədək ölkə ərazisində qeyri-iş günləri elan edildiyindən, bu müddət ərzində Bankımız fəaliyyət göstərməyəcəkdir. 2026-cı ilin 5 yanvar tarixindən xidmətinizdəyik. Bayramlar münasibətilə hər birinizi ürəkdən təbrik edir, ailənizə firavanlıq, süfrənizə bol […]
30.12.2025
atb Visa kart sahiblərinə iSpace-də 10% endirim
Azər Türk Bankın Visa kart sahibləri iSpace mağazalarında atb Visa kartı ilə Apple Pay və ya Google Pay vasitəsilə ödənişlər zamanı, istənilən iPhone modelini, o cümlədən iPhone 17 seriyasının bütün modellərini alarkən 10% endirim əldə edəcəklər. Kampaniya 2026-cı ilin 6 yanvar tarixinədək davam edəcək.
24.12.2025
“Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
19 yanvar 2026-cı il tarixində saat 12:00-da “Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçirilməsinə dair qərar qəbul edilmişdir. Ümumi yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsi 85; 192/193 ünvanında yerləşən Bankın inzibati binasında keçiriləcəkdir.
19.12.2025
Azər Türk Bank 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Dövlət bankı Azər Türk Bank Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə istehlak kreditləri üzrə yeni kampaniyaya başlayır. Kampaniya ərzində bir il müddətinədək olan istehlak kreditləri müştərilərə 9,9%-lə təklif edilir. Qeyd edək ki, kredit götürən şəxsin aylıq gəlirindən asılı olaraq, kreditlər üzrə illik faiz dərəcəsi və xidmət haqqı məbləği dəyişir. Kreditlər minimal 0%-dən […]
17.12.2025
Azər Türk Bankın rəhbərliyi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
“Azər-Türk Bank” ASC-nin rəhbərliyi 12 dekabr tarixində müstəqil Azərbaycanın memarı və qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olublar. Bankın nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib və məzarları önünə gül dəstələri düzüblər.
13.12.2025