Azər Türk Bankdan güzəştli ipoteka kreditləri
Dövlət bankı Azər Türk Bank “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsinə əsasən mənzil əldə etmək üçün müraciət edən şəxslərə güzəştli ipoteka kreditləri təqdim edir. Kreditlər illik 4%-lə 30 il müddətinədək rəsmiləşdirilir. İlkin ödəniş 10% həcmində müəyyən edilmişdir. Qeyd edək ki, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün Banka müraciət edə bilərlər. […]
01.08.2023
Azər Türk Bankda əməkhaqqı kartlarının əldə edilməsi daha asandır
Dövlət bankı Azər Türk Bank müştərilərinə xidmətin keyfiyyətini daha da yüksəltmək məqsədilə hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən əməkdaşları üçün əməkhaqqı kartlarının əldə edilməsi prosesini tam olaraq sadələşdirib. Belə ki, Bank tərəfindən “atb business” internet bankçılıq xidmətində istifadəyə verilmiş yeni funksianın köməyi ilə əməkhaqqı kartlarının sifarişi üçün müqavilə formalaşdırılması, müştəri və bank tərəfindən elektron şəkildə […]
26.07.2023
Azər Türk Bankdan fərdi sahibkarlara töhfə
Dövlət bankı Azər Türk Bank öz fəaliyyətinin zamanın tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırılması istiqamətində daim fəal iş aparır. Bankın son dövrdə ərsəyə gətirdiyi ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verir. Bu günlərdə Bank biznesə daha geniş və əlverişli imkanların təqdim edilməsi məqsədilə, əhali […]
26.07.2023
atb360 mobil əlavəsində yeniliklər
Hörmətli müştərilər, ixtiyarınızda olan güvənli, istifadəsi rahat atb360 mobil tətbiqində Bank tərəfindən yeniliklər edilmişdir. Belə ki, tətbiqin “Ödənişlər” səhifəsindəki mövcud kateqoriyalara əlavə olaraq: Xatırladırıq ki, atb360 tətbiqini App Store və ya Google Play-dən mobil telefona yükləmək olur.
26.07.2023
Bayramlardan sonra yenidən xidmətinizdəyik
Hörmətli müştərilər! Diqqətinizə çatdırırıq ki, Silahlı Qüvvələr Günü və müqəddəs Qurban bayramı ilə əlaqədar 26 iyun 2023-cü il tarixindən 2 iyul daxil olmaqla həmin tarixədək qeyri-iş günü elan olunduğu üçün Bank işləməyəcəkdir. İyulun 3-dən etibarən fəaliyyətimizi davam etdirəcəyik. Bayramlarınızı təbrik edirik!
26.07.2023
Azər Türk Bankdan kart müştəriləri üçün bayram kampaniyası
Dövlət bankı Azər Türk Bank müqəddəs Qurban bayramı münasibətilə Google Pay və Apple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində əməliyyatlar üzrə kampaniyaya başlayır. Belə ki, 19 iyun tarixindən etibarən ATB Card debit və yeni nəsil əməkhaqqı kartları ilə marketlərdə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 7% həcmində cashback hesablanacaqdır. Kampaniyanın müddəti 2 iyul daxil […]
26.07.2023
15 iyun tarixində xidmətinizdəyik
Hörmətli müştərilər! Diqqətinizə çatdırırıq ki, 2023-cü il 15 iyun bankımızın Bakı şəhərində yerləşən filialları saat 10:00-dan 14:00-a kimi müştərilərə xidmət göstərəcəkdir. Hər kəsi Milli Qurtuluş Günü münasibətilə təbrik edirik!
26.07.2023
“Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
19 iyul 2023-cü il tarixində saat 11:00-da “Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsi 85; 192/193) səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib. Gündəlik üzrə materialları “Azər Türk Bank” ASC-dən əldə etmək olar.
26.07.2023
Azər Türk Bank uşaqlar üçün atb Junior kartını təqdim edir
Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə öz müştərilərinə üşaqlar üçün atb Junior adlı yeni debit kartı təklif edir. Bankın bu yeni məhsulu 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur. Yeni kart məhsulunun yeniyetmələrin maraq dairəsində olan yerlərdə ödənişlər üzrə daha yüksək cashback verilməsi, eləcə də kartın balansını atb.az saytında, atb360 mobil […]
26.07.2023
Azər Türk Bankdan zaminsiz və komissiyasız istehlak kreditləri
Dövlət bankı Azər Türk Bank iyun ayının 1-dən başlayaraq fiziki şəxslərə, onların orta aylıq xalis gəlirlərindən asılı olaraq, 30 000 manatadək kreditləri zaminsiz təklif edir. Bu istehlak kreditləri üzrə illik faiz dərəcəsi 12,5%-dən başlayır. 24, 36, 48 ayadək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi, 13%, 14%, 15% səviyyəsindədir. Kreditlər üzrə komissiya – 0%. Azər Türk Bankın […]
26.07.2023