bankımızın xəbərləri

bankımızın xəbərləri

atb Visa kartı ilə ödənişlərdə 10% bonus

Azər Türk Bankın Visa kart sahibləri “UmicoMarket” və “Dükan”-da alış-veriş zamanı 10% bonus əldə edə biləcəklər. Bunun üçün sadəcə UmicoPremium abunəliyi və atb Visa kartı ilə onlayn ödəniş etmək kifayətdir. Aksiya 10 sentyabr 2024 tarixində bütün Visa kart sahibləri üçün keçərlidir.

23.08.2024

Azər Türk Bankın Visa kartı ilə ödənişlərə 20 % keşbek

Azər Türk Bankın Wolt+ abunəliyi olan Visa kart sahibləri Apple Pay, Google Pay və ya Wolt kartı ilə 25₼-dan yuxarı sifarişləri ödədikdə Wolt bonusları ilə 10₼-dək keşbek əldə edə biləcəklər. Bu aksiya cari ilin 20-29 avqust (daxil olmaqla) tarixləri ərzində bütün Visa kart sahibləri üçün keçərli olacaqdır.

20.08.2024

Azər Türk Bank daha bir innovativ filialını istifadəyə verdi

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir. Bank “Rəqəmsal X” adlanan filialını müştərilərinin ixtiyarına verib. Müasir tipli bu yeni ofis paytaxtın Nəsimi rayonu ərazisində, Bankın əsas binasının yaxınlığında, Akademik Həsən Əliyev küçəsi, 10F ünvanında yerləşir. Bankın digər rəqəmsal ofislərində olduğu kimi, bu filialda da xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif […]

16.08.2024

“Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

26 iyul 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan səhmdarların növbəti Ümumi Yığıncağının tarixi dəyişmişdir. Belə ki, səhmdarların növbəti Ümumi Yığıncağı 29 iyul 2024-cü il tarixində saat 16:00-da “Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85; 192/193) keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.

26.07.2024

Azər Türk Bankın daha bir innovativ filialı fəaliyyətə başladı

Dövlət bankı Azər Türk Bank özünün müasir standartlara uyğun xidmət şəbəkəsini genişləndirməkdə davam edir. Bank bu günlərdə Bakı şəhərində “Rəqəmsal 9” filialını müştərilərinin ixtiyarına təqdim etdi. Paytaxtın Yasamal rayonu, A.M Şərifzadə küçəsi 130D ünvanında yerləşən filial Bankın innovativ xidmət şəbəkəsində daha bir modern ofisidir. Azər Türk Bankın  digər rəqəmsal filiallarında olduğu kimi, burada da bütün xidmət […]

15.07.2024

Premium Visa kart müştərilərimizə Fast Track xidməti göstəriləcək yeni hava limanları

Azər Türk Bankın premium Visa kart sahibləri Fast Track International xidməti vasitəsilə hava limanlarında rəsmi prosedurlardan üstünlük əsasında keçmək imkanına malikdirlər.  Qeyd edək ki, bu xidmət dünyanın bir çox hava limanlarında keçərlidir. Bu günlərdə Fast Track xidməti bir sıra yeni aeroportlarda da istifadəyə verilib: Növbədə daha bir neçə aeroport da var. Tezliklə bu hava limanları […]

02.07.2024

atb360 mobil əlavəsinə yeni funksiya artırıldı

Dövlət bankı Azər Türk Bank müştərilərinin rahatlığı istiqamətində işlərini davam etdirir. Belə ki, kart sahiblərinin ixtiyarında olan güvənli, istifadəsi rahat atb360 mobil əlavəsinə parkinq ödənişlərinin yerinə yetirilməsinə imkan verən yeni funksiya artırılmışdır. Qeyd edək ki, ödənişlərin işləmə mexanizmi sadədir. Belə ki, müştəri parkinqə daxil olarkən götürdüyü çekin barkodunu çıxış zamanı mobil tətbiqdə skan edir və […]

02.07.2024

atb Visa Infinite kart sahibləri üçün Sea Breeze Resort-da üstünlüklər

Azər Türk Bankın premium Visa kart sahiblərini Sea Breeze Resort ərazisində eksklüziv üstünlüklər gözləyir. Belə ki, kart sahibləri Visa Concierge çat-botunda qeydiyyatdan keçməklə Beach Club-a giriş və pulsuz kokteyl, istirahət zonasında növbəsiz keçid üçün Fast Track xidməti, eləcə də parkinq yeri sifariş verə bilərlər. Təklif 31 avqust 2024-cü il tarixinədək qüvvədədir.

24.06.2024

Bayramlardan sonra yenidən xidmətinizdəyik

Hörmətli müştərilər! Diqqətinizə çatdırırıq ki, Milli Qurtuluş Günü və müqəddəs Qurban bayramı ilə əlaqədar  15 iyun 2024-cü il tarixindən 19 iyun daxil olmaqla həmin tarixədək Bank işləməyəcəkdir. İyunun 20-dən etibarən fəaliyyətimizi davam etdirəcəyik. Bayramlarınızı təbrik edir və ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq!

14.06.2024

Azər Türk Bankın premium Visa kart sahibləri üçün daha bir üstünlük

Bildiyiniz kimi Visa-nın ən sevilən səyahət üstünlüklərindən olan Fast Line Baku atb Visa Infinite kart sahibləri üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda üstünlük əsasında qeydiyyat və yoxlama prosedurları, “Baku Club Lounge”da gözləmə, portye və s. xidmətləri əhatə edir. 1 iyun 2024 tarixindən etibarən bu üstünlüklərə yenisi əlavə olunub. İndi  Azər Türk Bankın premium Visa kart sahibi […]

11.06.2024