Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasını davam etdirir
Dövlət bankı Azər Türk Banka məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan faiz dərəcəsi ilə bağlı, müştərilər üçün sərfəli kampaniyanın vaxtını uzatdı. Davam edən kampaniya ərzində Bankın müştəriləri kart hesablarındakı qalığa görə illik 8% gəlir əldə edəcəklər. Qeyd edək ki, Bankın atb card debit […]
02.06.2025
Azər Türk Bankın bankomatında kreditini ödəyən müştəri cashback qazanacaq
Müştərilərin nəzərinə! Cari ilin 1 iyun tarixindən etibarən aylıq kredit borcunu Bankın yeni nəsil bankomatlarında və terminallarında ödəyən müştərilər daxil edilən məbləğin 1%-i həcmində yaxud 10 manatadək məbləğdə cashback əldə edəcəklər. Bu vəsait müştərinin bank hesabına yönləndiriləcək. Kampaniya 30.08.2025-ci il tarixinədək davam edəcəkdir. Müştərilərin diqqətinə çatdırırıq ki, Azər Türk Banka aid olmayan terminallar vasitəsilə edilən […]
01.06.2025
Korrupsiyaya qarşı mübarizə
Korrupsiya müasir dövrdə cəmiyyətlərin hüquqi, sosial və iqtisadi inkişafına ciddi maneə törədən, dövlət idarəçiliyində şəffaflığı və ədaləti zədələyən ən təhlükəli hüquqpozmalar sırasındadır. Bu mənfi hal adətən vəzifəli şəxslərin səlahiyyət və mövqelərindən sui-istifadə etməklə şəxsi və ya üçüncü şəxslərin maraqları naminə maddi və ya qeyri-maddi fayda əldə etmələri ilə müşahidə olunur. Azərbaycan Respublikasında korrupsiya ilə mübarizə […]
27.05.2025
Azər Türk Bankdan uşaqlar üçün 20% cashback kampaniyası
Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə atb Junior kartı ilə ödənişlər üzrə yeni kampaniyaya başlayır. Belə ki, 1 iyun 2025-ci il tarixindən etibarən ölkə daxilindəki: atb Junior kartı ilə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 20% həcmində cashback hesablanacaqdır. Kampaniyanın müddəti 7 iyun daxil olmaqla həmin tarixədəkdir. Hesablanacaq maksimum cashback limiti […]
26.05.2025
Azər Türk Bank UnionPay ödəniş sisteminə aid kartlar üzrə xidmətə başladı
Dövlət bankı Azər Türk Banka aid ATM-lərdə və POS-terminallarda UnionPay International beynəlxalq ödəniş sisteminə aid kartlar vasitəsilə əməliyyatlar və ödənişlər artıq mümkündür. Yaxın zamanda UnionPay kartlarının elektron ticarətdə də qəbuluna başlanacaqdır. UnionPay brendi ilə tərəfdaşlıq Azər Türk Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərinin yeni satış imkanları əldə etməsinə vəsilə olacaqdır. Qeyd edək ki, UnionPay […]
23.05.2025
Azər Türk Bank müştərilər üçün sərfəli kredit kampaniyasını davam etdirir
Dövlət bankı Azər Türk Bank fiziki şəxslərə 12 ayadək olan müddətə illik faiz dərəcəsi 11% və 0% komissiya ilə təklif edilən istehlak kreditləri üzrə kampaniyanın vaxtını uzatdı. 24 ayadək olan kreditlər, illik faiz dərəcəsi 15% həcmində olmaqla, 1% komissiya ilə verilir 36 ayadək olan kreditlər illik 16%-lə, 48 aylıq kreditlər illik 17%-lə rəsmiləşdirilir. Ortaaylıq rəsmi […]
16.05.2025
Azər Türk Bank ətraf mühitə olan öhdəliyini gücləndirir: 10 milyon ABŞ dolları məbləğində dayanıqlı depozit təşəbbüsü
Azər Türk Bank dayanıqlılığı öz əsas strateji dəyərlərindən biri kimi qəbul edərək ətraf mühitə, sosial məsuliyyətə və korporativ idarəetmə (ESG) prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Bank bu çərçivədə qabaqcıl beynəlxalq maliyyə institutu ilə əməkdaşlıqda 10 milyon ABŞ dolları həcmində dayanıqlı depozit yerləşdirilməsi təşəbbüsünü həyata keçirmişdir. Bu təşəbbüs Azər Türk Bankın sosial və ekoloji baxımdan […]
12.05.2025
Bayram günü ilə əlaqədar Bankın iş rejimi
Hörmətli müştərilər! Diqqətinizə çatdırırıq ki, Bank bayramla əlaqədar olaraq 9 və 10 may 2025-ci il tarixlərində xidmət göstərməyəcəkdir. Mayın 12-dən etibarən fəaliyyətimizi davam etdirəcəyik. Faşizm üzərində Qələbə Günü münasibətilə hər birinizi təbrik edirik!
08.05.2025
Azər Türk Bank Çin Xalq Respublikasının UnionPay beynəlxalq ödəniş sisteminə qoşuldu
Dövlət bankı Azər Türk Bank UnionPay International beynəlxalq ödəniş sisteminə aid kartlar üzrə xidmətə başladı. Bu ödəniş sisteminə aid kartlar vasitəsilə ölkədə Banka aid ATM-lərdə əməliyyatlar və POS-terminallar vasitəsilə ödənişlər mümkün olacaq. Tezliklə UnionPay kartlarının elektron ticarətdə qəbuluna başlanması elan ediləcək. UnionPay brendi ilə tərəfdaşlıq Azər Türk Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərinin yeni […]
23.04.2025
Azər Türk Bank dünyanın daha bir nüfuzlu təşkilatı ilə əməkdaşlığa başladı
Dövlət bankı Azər Türk Bank beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, Bank bu günlərdə dünyanın nüfuzlu maliyyə institutlarından biri olan The Bank of New York Mellon (BNY Mellon) ilə müxbir bank münasibətlərinə başlamışdır. 1784-cü ildə əsası qoyulmuş BNY Mellon hazırda dünya üzrə 60-dan artıq ölkədə fəaliyyət göstərir və 50 trilyon ABŞ dolları […]
22.04.2025