atb360 mobil əlavəsinə yeni funksiya artırıldı

siyahıya qayıt

Dövlət bankı Azər Türk Bank müştərilərinin rahatlığı istiqamətində işlərini davam etdirir.

Belə ki, kart sahiblərinin ixtiyarında olan güvənli, istifadəsi rahat atb360 mobil əlavəsinə parkinq ödənişlərinin yerinə yetirilməsinə imkan verən yeni funksiya artırılmışdır.

Qeyd edək ki, ödənişlərin işləmə mexanizmi sadədir. Belə ki, müştəri parkinqə daxil olarkən götürdüyü çekin barkodunu çıxış zamanı mobil tətbiqdə skan edir və ödənişi həyata keçirir.

Hazırda bu sistemə aşağıda göstərilən parkinqlər qoşulmuşdur:

  • Dalga Plaza
  • Dəniz Mall
  • Gəncə Mall
  • Gənclik Mall
  • “Garage” Azərbaycan prospekti
  • “Garage” Xaqani bağı
  • Port Baku Mall
  • 28 Mall

Yaxın zamanda sistemə digər ünvanlarda yerləşən parkinqlər də daxil ediləcəkdir.

Xatırladırıq ki, atb360 tətbiqini App Store və ya Google Play-dən mobil telefona yükləmək mümkündür.

02.07.2024