Rauf Səxavət oğlu Əliyev 1994-cü il iyun ayının 4-də Naxçıvan Muxtar Respublikasının, Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açıb.
Orta təhsilini Bakıda, 19 nömrəli məktəbdə alıb. 2015-ci ildə Azərbaycan Texniki Universitetinin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin bakalavr pilləsini bitirib.
2016-cı ildə hərbi xidmətə yollanıb və Aprel döyüşlərinin fəal iştirakçısı olub.
Hərbi xidmətdən sonra əmək fəaliyyətinə hazırlıq kurslarında ingilis dili müəllimi kimi başlamış, daha sonra nüfuzlu İKT şirkətlərində aparıcı vəzifələrdə işləmişdir.
Rauf Səxavət oğlu Əliyev 28.08.2018-ci il tarixində “Azər-Türk Bank” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin Proqram təminatı şöbəsində mühəndis vəzifəsində fəaliyyətə başlamışdır. 01.07.2019-cu il tarixdən isə Bankın Rəqəmsal Transformasiya Mərkəzinin Proqramçılar şöbəsində mühəndis proqramçı vəzifəsinə keçirilmiş, 07.01.2020-ci il tarixdən isə Rəqəmsal Transformasiya Mərkəzinin Proqramçılar şöbəsində aparıcı mühəndis proqramçı vəzifəsinə təyin edilmişdir.
08.10.2018-13.10.2018-ci il tarixləri aralığında Ukraynanın Kiyev şəhərində “CyberBionic systematics” tərəfindən keçirilən “React JC Essential” mövzulu təlimdə iştirak etmişdir.
Rauf Əliyev 25.05.2019-cu ildə ”Oracle University” tərəfindən təşkil edilmiş sertifikasiya imtahanında iştirak etmiş və “Certificate of Recognition” sertifikatı ilə təltif olunmuşdur.
22.02.2020-ci il tarixində “Safaroff Agency” tərəfidən təşkil olunan “Product management” adlı təlimdə iştirak etmişdir.
İngilis, rus dillərini mükəmməl bilməklə yanaşı, həvəskar gitara ifaçısı olub.
Rauf Əliyev İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanır və Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd rayonlarının düşməndən azad edilməsində iştirak edir. 22 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Rauf Səxavət oğlu Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda” medalı ilə təltif edilib.
15.000 AZN/USD/EUR/GBP
ilkin madaxillə