
“Azər-Türk Bank” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarı ilə Nəbiyeva Günel Nizami qızı Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.
Günel Nəbiyeva 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində rəhbər vəzifələrdə çalışıb. Bank sektorunda 15 ildən artıq təcrübəyə malikdir.
2022–2025-ci illərdə “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının üzvü olub, 2025-ci ilin dekabrından Bankın İdarə Heyətinin üzvü və sədr müavini təyin edilmişdi.
O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini 2005-ci ildə bakalavr, 2008-ci ildə magistr pilləsi üzrə bitirib.