• məbləğ

    150 000 AZN

  • müddət

    25 illik

  • faiz dərəcəsi

    illik 7%

  • ilkin ödəniş

    30%

    filialı tapmaq

filialda rəsmiləşdirin

ipoteka kreditləri Rəqəmsal 6 filialında rəsmiləşdirin 

sadə müraciət

siz mənzili seçin, digər işləri mütəxəssislərimiz görər

    sualınız var? biz cavablandırarıq

    *bütün bəndlərin doldurulması mütləqdir

    "göndər" düyməsini basaraq müraciət qaydaları ilə razılaşmış olursunuz

    success send

    Hörmətli müştəri!

    Bankımızı seçdiyiniz üçün təşəkkür edirik!

    Müraciətiniz baxılması üçün qəbul edilmişdir və 5 iş günü ərzində baxılacaq.
    Əməkdaşımız yaxın zamanda Sizinlə əlaqə saxlayaraq təfərrüatları dəqiqləşdirəcəkdir.

    Ətraflı məlumat üçün çağrı mərkəzinə (945) zəng etməyinizi və ya WhatsApp nömrəsinə yazmağınızı xahiş edirik.

    Azər Türk Bank – Sizin Dövlət Bankınız!

    bağlamaq

    faydalı məlumat

    • şərtlər

      Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun hesabına verilən ipoteka kreditləri üzrə tələblər:

      • kredit Azərbaycan manatı ilə verilir
      • kredit Azərbaycan Respublikasının vətəndaşına (rezidentlərə) verilir
      • ipoteka predmeti olaraq yalnız yaşayış sahəsi olan daşınmaz əmlak çıxış edə bilər
      • kreditin məbləği Adi ipoteka kreditləri üzrə kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 70%-dək verilir
      • ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (birgə borcalanın) aylıq məcmu gəlirinin maksimum 70%-dək götürülür
      • borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc (yaşayış minimum) 230 AZN götürülür
      • kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddinədək götürülür
      • ipoteka ilə yüklü edilən daşınmaz əmlak Fond tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilir
      • ipoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır
      • kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilir
      • ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanır
      • borcalanın (birgə borcalanın) həyat sığortası bankın əməkdaşlıq etdiyi və Fond tərəfindən təsdiq olunmuş siyahıya daxil olan sığorta şirkətləri tərəfindən sığortalanır və sığorta onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılır, birgə borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamaqla hesablanır
      • həmçinin Fond tərəfindən müəyyən olunan digər tələblər
    • kim əldə edə bilər?

      kredit yalnız Azərbaycan Respublikasının vətəndaşlarına verilir

      • ipoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır
      • ipoteka krediti üzrə borcalanların sayı 3 nəfərdən artıq ola bilməz
      • bir şəxs eyni vaxtda yalnız 2 ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər
    • ipoteka krediti əldə etmək üçün minimal əmək haqqı nə qədər olmalıdır?

      əmək haqqı üçün minimal tələb qoyulmamışdır

    • ipoteka krediti ilə aldığım mənzili satmaq istəyirəm, bu mümkündürmü?

      bəli.  ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, şəxs ipoteka ilə yüklü edilmiş yaşayış evini və ya mənzilini yalnız ipoteka saxlayanın yazılı razılığı ilə özgəninkiləşdirə bilər. mövcud qaydalara əsasən bu halda borcalanın ipoteka krediti üzrə öhdəliyi ödəmə qabiliyyəti olan digər şəxsə ötürülür. öhdəliyin ötürüldüyü şəxs isə ipoteka krediti almaq üçün lazım olan bütün  tələblərə cavab verməlidir

    • ipoteka kreditini ev tikdirmək məqsədi ilə əldə etmək olarmı?

      ipoteka krediti yalnız yaşayış sahəsinin alınması məqsədi ilə təklif edilir