Dövlət bankı Azər Türk Bank Google Pay təmassız ödəniş xidmətini Mastercard və Visa kart sahibi olan müştərilərinin istifadəsinə verdi.
Bankın müştəriləri Android əməliyyat sistemli mobil cihaz vasitəsilə bu xidmətin üstünlüklərindən faydalana biləcəklər.
Google Pay istifadəçilərə ticarət və xidmət obyektlərində, eləcə də təmassız ödənişlərin aktiv olduğu hər yerdə, həmçinin internet üzərindən də ödəmələri rahat və təhlükəsiz yerinə yetirmək imkanı yaradır. Bu halda elktlektron cihaz POS-terminala yaxınlaşdırılır və ödəniş tamamlanır.
Google Pay-ə necə qoşulmaq olar?
Kart seçin
atb360 mobil tətbiqində Google Pay sisteminə əlavə edəcəyiniz kartı seçin
Google Pay-ə əlavə edin
“GPay-ə əlavə etmək” düyməsinə toxunun
Təsdiqləyin:
İstifadə şərtləri ilə tanış olduğunuzu və qəbul etdiyinizi təsdiqləyin
Google Wallet-ə bir neçə atb kart əlavə edə bilərsiniz. Əsas kart əlavə edilən ilk kart olacaq. Parametrlərdə əsas kartı istənilən vaxt digəri ilə əvəz etmək mümkündür
Google Wallet Google Play-dən yüklənilir. Google Wallet ağıllı saat və NFC funksiyalı digər Android cihazlarını dəstəkləyir
Qeyd edək ki, ödəniş zamanı təhlükəsizliyin təmin olunması məqsədilə kartınızın faktiki real məlumatları əvəzinə yaradılan unikal rəqəmsal identifikator – tokenlərdən istifadə edilir.