Hörmətli Həmvətənlər,
Qardaş Türkiyə Cümhuriyyətində baş vermiş çox ciddi dağıntı və itkilərə səbəb olan təbii fəlakət nəticəsində zərər çəkən insanlara yardım məqsədilə aşağıdaki linklərə daxil olaraq vəsait göndərə bilərsiniz:
- AFAD (Türkiyə Daxili İşlər Nazirliyin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi)
- AKUT-a (Axtarış və Xilasetmə Birliyi)
- AHBAP-a Derneği-könüllü şəbəkəsi (yalnız TL ianəsi)
- Azərbaycan Qızıl Aypara Cəmiyyəti saytı, həmçinin MilliÖn və eManat terminalları və ya 8116 (yalnız Azercell abunəçiləri üçün) qısa nömrəsi vasitəsilə
Qeyd edək ki, Bankda olan fiziki və hüquqi şəxslərin hesablarından Türkiyə banklarında fiziki şəxs və yardım qurumlarına aid hesablara pulköçürmə edilən zaman heç bir komissiya tutulmayacaq.
Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) Azərbaycandakı bankda açılmış hesabına vəsait göndərə bilərsiniz:
Hesab adı | T.C İÇİŞLERİ BAKANLIĞI AFET VE ACİL DURUM YÖNETİMİ BAŞKANLIĞI (AFAD) |
---|---|
Alıcı bank | “Ziraat Bank Azərbaycan” ASC |
Bankın rekvizitləri | https://ziraatbank.az/az/bank-rekviziti |
Alıcı filial | Müştəri Xidmətləri Departamenti |
AZN hesabı | AZ50TCZB39070944012344000103 |
TL hesabı | AZ65TCZB39080949012344000103 |
USD hesabı | AZ66TCZB39080840012344000103 |
EURO hesabı | AZ06TCZB39080978012344000103 |
Bankın SWIFT kod | TCZBAZ22 |
T.C. VÖEN | 8151065197 |
Başın sağ olsun, Türkiyə!