Şəhid əməkdaşımız ordenlə təltif edilib

siyahıya qayıt

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında Şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən döyüş zamanı Şəhid olmuş Azər Türk Bank-ın əməkdaşı Rauf Əliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şəhidlərimizin ruhu şad olsun. ATB kollektivi bütün Şəhirlərimizi qürurla yad edir!

25.06.2026