atb kartlarındakı qalıqlar üzrə yeni faiz kampaniyası

siyahıya qayıt

Azər Türk Banka aid ödəniş kartlarındakı qalıq vəsaitlərinə illik 9%-dək gəlir hesablanacaqdır.

Belə ki, atb debet kartındakı 1000 AZN-dək qalıq vəsaitinə illik 7%, 30 000 AZN-dək illik 5,5% gəlir hesablanacaqdır.

atb yeni nəsil əmək haqqı kartlarının sahibləri 1000 AZN-dək olan qalıq məbləği üzrə illik 8%, 30 000 AZN-dək illik 5.5% gəlir əldə edəcəklər.

Premium kart müştəriləri hesablarındakı 3000 AZN-dək qalıq vəsaiti üzrə illik 9%, 100 000 AZN-dək olan hissəsinə illik 6% gəlir qazanacaqlar.

Kampaniya 8 mart 2026-cı il tarixinədək davam edəcək.

Qeyd edək ki, faiz gündəlik hesablanaraq hər ay müştərinin hesabına əlavə olunur.

17.02.2026