“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Tərtər Rayon İcra Hakimiyyəti və Azər Türk Bankın təşəbbüsü ilə Tərtər rayonunda yaşayan azyaşlı Şəhid övladlarının Bakı şəhərinə səfəri təşkil olunub. Səfər çərçivəsində uşaqlar Bakının görməli yerlərini gəzmiş, maraqlı məkanlarda əyləncəli vaxt keçirmiş, masterklassda iştirak etməklə biliklərini artırmışlar.
Azər Türk Bankın bu layihəsi Şəhid övladlarının sosial fəallığının və özünəinamının gücləndirilməsinə, onların milli və mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsinə xidmət edir.

