Hörmətli müştərilərimiz,
Dələduzluq hallarının qarşısının alınması və ödəniş kartlarınızın təhlükəsizliyinin qorunması üçün aşağıdakı vacib məqamlara diqqət yetirməyinizi xahiş edirik.
Heç bir halda kart məlumatlarınızı (kart nömrəsi, PIN kod, CVV/CVC kodu və SMS-lə göndərilən birdəfəlik OTP kodu) üçüncü şəxslərlə paylaşmayın, həmçinin kartınızın şəklini heç kimə göndərməyin.
Bank əməkdaşı adından edilən şübhəli zənglərə və mesajlara inanmayın. Unutmayın ki, Bankımızın əməkdaşları sizdən heç vaxt kart nömrəsi, PIN kod, CVV/CVC və ya OTP kodunu tələb etmir.
“Kartınız bloklanıb”, “Təcili əməliyyat təsdiqi lazımdır” və ya “Vəsaiti təhlükəsiz hesaba köçürməlisiniz” kimi saxta telefon müraciətlərinə və mesajlara etibar etməyin. Tanımadığınız şəxslər tərəfindən göndərilən linklərə daxil olmayın.
Son dövrlərdə geniş yayılan dələduzluq üsullarından biri də saxta ödəniş qəbzlərindən istifadə edilməsidir. Dələduzlar kart hesabınıza vəsait köçürdüklərini iddia edir, saxta və ya üzərində dəyişiklik edilmiş qəbz təqdim edir, daha sonra isə vəsaitin guya səhvən göndərildiyini bildirərək onun geri qaytarılmasını tələb edirlər.
Belə hallarda göndərilən qəbzə etibar etməyin. Əvvəlcə mobil tətbiq və ya digər rəsmi kanallar vasitəsilə hesabınıza vəsaitin həqiqətən daxil olub-olmadığını yoxlayın.
Hər hansı şübhəli halla qarşılaşdığınız zaman dərhal 945 nömrəli Çağrı Mərkəzimizlə əlaqə saxlayın.