"SMS bildiriş" xidməti

 "SMS bildiriş" <span>xidməti </span>

xidmətin üstünlükləri

 

  • real vaxt rejimində informasiyanın göndərilməsi
  • vaxt və yer fərqi olmadan xidmət
  • istənilən mobil nömrədən xidmətə qoşulmaq imkanı

 

xidmətə qoşularaq nə əldə edirəm?

 

  • kart hesabı üzrə aparılan mədaxil və məxaric əməliyyatları barədə məlumat
  • ödəniş kartının cari balansı haqqında məlumat
  • hər hansı səbəbdən kartın statusunun dəyişdirilməsi haqqında məlumat
  • ödəniş kartının istifadə müddətinin bitməsinə 1 ay qalmış xəbərdarlıq
  • təhlükəsizliyi təmin edilmiş saytlar vasitəsilə onlayn ödənişlər zamanı “otp” kodlar
  • “pin” kodun dəyişdirilməsi xidmətindən istifadə zamanı bildiriş
  • uğursuz əməliyyatlar haqqında məlumatlandırma

 

qoşulmaq üçün

 

  1. saytdan və ya filial/şöbəyə yaxınlaşaraq xüsusi kart sifariş formasını doldurduğunuz zaman mobil nömrə qeyd edilərsə, xidmət dərhal aktivləşdirilir
  2. 24/7 945 və ya WhatsApp +994 55 777 09 45 nömrəsinə müraciət edərək kartın üzərində əks olunmuş 16 rəqəmli nömrəni və məxfi sözü bildirin
  3. banka məxsus bankomatlar vasitəsilə:
  • kartı bankomata daxil edin
  • xidmət olunacaq dili seçin
  • “PİN” kodu daxil edin
  • ekranda əks olunmuş “SMS bildiriş” menyusundan “SMS xidmətinə qoşulmaq” bəndini seçin
  • xidməti aktiv etmək istədiyiniz mobil nömrəni ardıcıl iki dəfə daxil edin
  • nömrəyə göndəriləcək sms mətninin dilini seçərək təsdiq edin
  • bankomat tərəfindən əməliyyatın uğurla tamamlandığını təsdiq edən çek təqdim edilərək mobil nömrənizə sms mətni göndəriləcəkdir

 

xidmətin aktiv olduğu nömrəni dəyişmək üçün

 

  1. 945 və ya WhatsApp +994 55 777 09 45 nömrəsinə müraciət edin
  2. filial/şöbəyə müraciət edin
  3. banka məxsus bankomatlar vasitəsilə:
  • kartı bankomata daxil edin
  • xidmət olunacaq dili seçin
  • “pin” kodu daxil edin
  • ekranda əks olunmuş “SMS bildiriş” menyusundan “SMS xidməti üçün telefon nömrəsini dəyişmək” bəndini seçin
  • yeni telefon nömrəsini ardıcıl iki dəfə daxil edərək, təsdiq edin
  • mobil nömrənin dəyişdirilməsi haqqında bankomat tərəfindən çek təqdim edilərək mobil nömrənizə məlumat göndəriləcəkdir

 

xidməti ləğv etmək üçün

 

  1. 945 və ya WhatsApp +994 55 777 09 45 nömrəsinə müraciət edin
  2. filial/şöbəyə müraciət edin
  3. banka məxsus bankomatlar vasitəsilə:
  • Kartı bankomata daxil edin
  • xidmət olunacaq dili seçin
  • “pin” kodu daxil edin
  • ekranda əks olunmuş “SMS bildiriş” menyusundan “SMS xidmətini ləğv etmək” bəndini seçin
  • xidmətin deaktiv edilməsi haqqında bankomat tərəfindən çek təqdim edilərək mobil nömrənizə məlumat göndəriləcəkdir

 

“SMS bildiriş” mətninin dilini bankın istənilən filialına, 945 nömrəsi və ya WhatsApp-a müraciət etməklə dəyişə bilərsiniz