«ATB BUSINESS» – bank hesablarının internet vasitəsilə idarə etməyə imkan verən, müasir, distant bank xidməti sistemidir.
Sistem bank əməliyyatlarının geniş çeşidini həyata keçirməyə, o cümlədən hesablar, kreditlər və əmanətlər barədə məlumat almağa, pul köçürmələrini reallaşdırmağa, ödəmələri təsdiqləməyə və sair imkanlar verir.
Bankın müştərisi olmaqdan ötrü bankda hesab açılmalıdır.
Bunun üçün müəssisənin adını, əlaqədar şəxsi, telefon nömrəsini göstərməklə onlayn formanı doldurun. Mütəxəssislərimiz qısa zamanda sizinlə əlaqə saxlayacaqlar
Ərizə formasını yükləyin, lazımi bölmələri doldurun və hazır ərizəni banka təqdim edin
İnternet bankçılıq xidmətinə qoşulma haqqında ərizə təqdim edildikdən sonra üç iş günü ərzində bank elektron ünvanınıza qeydiyyatı tamamlamaq üçün link göndərəcək
İki imkandan (АSАN İmza, yaxud SMS ОТP) birindən istifadə etməklə sistemə daxil olduqdan sonra istifadəyə başlamaq olar