e-pos virtual ödəniş terminalıdır, onunla siz link yaradaraq müştərilərinizə göndərə bilərsiniz. müştəri linkə daxil olaraq onlayn ödəniş edə bilər
e-pos xidməti vasitəsilə Siz onlayn ödəniş üçün istənilən sayda link yarada və ödənişi məhsul və ya xidməti təqdim etmədən öncə əldə edə bilərsiniz
ödəniş kartları ilə bütün əməliyyatlar “3D Secure” protokolu ilə qorunur
“atb business” vasitəsilə link üzrə bütün ödənişlərin statusuna nəzarət edə və hesabatlar yarada bilərsiniz
əməliyyatları “atb business”də aparın və cashback əldə edin
1. Azər Türk Bankda hesab açın
hesabı onlayn aça bilərsiniz. əməkdaşlarımız tam ödənişsiz şəkildə qeyd etdiyiniz ünvana gəlib ilkin qeydiyyatı keçməkdə kömək edəcəklər
2. atb business-ə giriş əldə edin
hesab açaraq “atb business”də qeydiyyatdan keçin və biznesin idarə edilməsi üçün onlayn alətlərə sahib olun. qeydiyyat tamamilə ödənişsizdir
3. e-pos xidmətinə qoşulun
4. onlayn satın
5. link üzrə ödəniş
müştəriniz bank tərəfindən SMS və ya e-mail bildiriş vasitəsilə onlayn ödəniş səhifəsinə aparan link əldə edəcək və istənilən ödəniş kartı ilə alış-verişi tamamlayacaq
6. tez satın
həyata keçirilmiş bütün ödənişlər dərhal “atb business” internet-bankçılıqda əks olunacaq və Siz müştərinizə sifariş etdiyi məhsul və ya xidməti təqdim edə bilərsiniz
xidmət vasitəsilə yaradılmış link (keçid) 48 saat ərzində aktiv olacaqdır. bu müddət ərzində alıcı ödənişi həyata keçirməzsə, yeni sorğunun yaradılıb göndərilməsi tələb olunacaqdır. sorğuların yaradılması və göndərilməsi üzrə heç bir haqq tətbiq edilmir, müvafiq komissiya yalnız hesaba artıq daxil olan vəsaitdən tutulur.